Maraqlı

Qatlana bilən iPhone modeli nə zaman təqdim oluna bilər?

18 İyun 2020 07:59
Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 2 il ərzində Apple şirkəti qatlana bilən smartfonlar mövzusunda bir sıra patentlər əldə edib. Bundan əlavə olaraq internetdə çoxlu sayda məlumatlar ortaya çıxıb ki, Apple şirkəti qatlana bilən smartfonlar üçün yüksək keyfiyyətli ekran hazırlamaqla məşğuldur. İndi isə məşhur insayder Jon Prosser öz Twitter hesabında qeyd edib ki, Apple şirkəti qatlana bilən iPhone modelinin istehsalına başlamağa hazırlaşr. Bu barədə Phonearena saytı xəbər verib.

Məşhur insayder bunu açıq aydın deməsə də, istifadəçilərdən birinin sualına cavab verən zaman Apple şirkətinin qatlana bilən iPhone modeli üzərində çalışdığına işarə edib. Bir neçə müddət bundan öncə xüsusi şüşə örtüklərin hazırlanması sahəsində fəaliyyət göstərən mütəxəssislərdən biri qeyd etmişdi ki, Apple şirkətinin ilk qatlana bilən smartfon modeli növbəti 12-18 ay ərzində təqdim olunmalıdır.

Mütəxəssis bu cür fikri ABŞ-ın Corning Incorporated şirkətinin bəyanatına əsaslanaraq qeyd etmişdi. Belə ki, Corning Gorilla qoruyucu şüşə örtüklərinin hazırlanması ilə məşğul olan Corning Incorporated şirkəti qeyd etmişdi ki, əgər hər şey yolunda getsə, cızılmalara dözümlü yeni nəsil qoruyucu şüşə örtük artıq 2021-ci ildə təqdim olunacaq. Bu cür texnologiya Apple və digər şirkətlərə yüksək keyfiyyətli ekranlara sahib qatlana bilən smartfonları istehsal etməyə imkan yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.