Maraqlı

“Windows” sistemində aşkar edilmiş səhv printerlərin yoxa çıxmasına səbəb olur

13 İyun 2020 08:31
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkətinin rəsmisi "Windows" əməliyyat sistemində (ƏS) printerlərin yoxa çıxması ilə bağlı problemin mövcudluğunu təsdiq edib. "BleepinComputer" nəşri istifadəçilərin şikayətinə diqqət yetirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, avadanlıqla bağlı səhv "Windows 10" sisteminin "1903" və ya daha aşağı versiyalarında aşkar edilib. Printeri "USB" portu vasitəsilə qoşsaq, bundan sonra kompüteri söndürüb kabeli konnektordan çıxartsaq, o zaman ƏS-ni yenidən işə saldıqda "Windows" sistemi avadanlığı müəyyənləşdirmir. Şikayət edən istifadəçilər bildiriblər ki, naməlum səhv kompüteri işə saldıqdan sonra printerlərin sazlamalardan silinməsinə səbəb olur.

9 iyun tarixində "Microsoft" sözügedən səhvin mövcudluğunu təsdiq edib və bildirib ki, "Windows 10 1903", "Windows 10 1909" və "Windows 10 2004" istifadəçiləri bu səhvlə rastlaşa bilərlər. Şirkətin mühəndisləri problemin müvəqqəti həlli barədə məlumat veriblər: bunun üçün printerin USB konnektorunu çıxartmaq, sonra ƏS-ni söndürmək lazımdır, daha sonra ofis texnikasını işə salmaq və nəhayət, "Windows" sistemini qoşmaq lazımdır. "Microsoft"un rəsmisi deyib ki, sistemin növbəti yeniləmələrindən birində bu səhv aradan qaldırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.