Maraqlı

Feysbuk gizlilik siyasətinə yenidən baxacaq - SƏBƏB

11 İyun 2020 23:50
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Feysbukun rəhbəri Mark Zukerberq Donald Trampın fikirlərindən sonra gizlilik siyasətinə yenidən baxacağını söyləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbuk rəhbəri çox insanın D.Trampın paylaşımının qarşısını almadığı üçün şirkəti qınadığının fərqində olduğunu deyib.

O bildirib ki, hansı paylaşımlara icazə verilməsi məsələsi yenidən müzakirə olunur.

Qeyd edək ki, polis qaradərili Corc Floydu qətlə yetirdiyinə görə, sosial şəbəkələrdə başlanan etirazlardan sonra Donald Tramp Feysbukda bu paylaşımı edib: "Silahlar qarət başlayanda açılmağa başlayır".

Tvitter onun bu paylaşımını silsə də, Feysbuk qarşı çıxmamış, buna görə də əməkdaşlarından etiraz eşitməli olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.