Maraqlı

Yaponiya kosmosun zibildən təmizlənməsi üçün peyk hazırlayır

11 İyun 2020 07:51
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "JAXA" Aerokosmik Agentliyi lazerlə kosmik zibilləri məhv edə biləcək yeni peyk hazırlayır. Bu haqda "NHK" televiziya kanalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən peykin inteqrasiya edilmiş lazer vasitəsilə nasaz texniki obyektləri, həmçinin başqa zəhərli materialları şüalandıracağı qeyd edilir. Bundan sonra kosmik zibil atmosferə tullanılacaq.

Yeni ixtira haqqında hələ ki heç nə məlum deyil. Ancaq alimlər üç ildən sonra peykin ilk texniki sınaqdan keçə biləcəyinə inanırlar. Onların sözlərinə görə, kosmik zibil mövzusu ciddi narahatçılıq doğurur. Artıq ölçüsü 10 sm-dən çox olan təxminən 20 min obyekt mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.