Maraqlı

Hansı qan qrupundan olanlar virusa daha çox yoluxur?

13 İyun 2020 21:15
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun qan qruplarına uyğun yoluxma ehtimalı araşdırılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər koronavirusa yoluxmanın qan qrupları ilə əlaqəsini araşdıraraq belə qənaətə gəliblər ki, müəyyən qan qruplarının daşıyıcıları başqalarına nisbətən daha çox COVİD-ə yoluxur, digərləri isə xəstəliyi daha ağır keçirir. Tədqiqatçılar, COVID virusunun qan qruplarına görə "qurbanlarını" necə seçdiyini müəyyən ediblər. Məlum olub ki, müəyyən bir mutasiya ikinci qan qrupundan olanları koronavirusa qarşı daha müdafiəsiz edir. Həkimlər genlərin strukturundakı təxminən 8,5 milyon dəyişikliyi təhlil edib, yoluxma ehtimalı və xəstəliyin şiddətini araşdırıblar. İki mutasiyanın koronavirusla əlaqəli olduğu ortaya çıxıb.

Onlardan biri üçüncü xromosomdadır. Onun sahibləri koronavirusa daha çox dözümlü olurlar, yəni digərlərindən 1,77 dəfə artıq. İkinci - doqquzuncu xromosomda-virusla yoluxma ehtimalı 1,32 dəfə artıb. İkinci mutasiya qan qrupuna məsul olan hissədəki genomda aşkarlanıb. Məlum olub ki, 1-ci qan qrupunun daşıyıcılarında koronavirusa yoluxma ehtimalı daha azdır. Ehtimal olunur ki, bu, qan qrupunun laxtalanma xüsusiyyətləri ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.