Maraqlı

Feysbuk dövlət nəzarətində olan KİV-in reklamlarını bloklayacaq

9 İyun 2020 21:10
Baxış: 637
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Feysbuk şəffaflığı təmin etmək məqsədi ilə dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinin (KİV) paylaşımlarını işarələməyi qərara alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət nəşrin quruluşu, rəhbərlik və işçilər haqqında məlumatlar, redaksiya siyasəti və maliyyələşdirmə mənbələri əsasında dövlət nəzarətinin mövcudluğunu müəyyənləşdirməyi planlaşdırır. Bu istiqamətdə bütün dünya üzrə 65 media mütəxəssisi çalışır.

Belə işarə almış nəşr sosial şəbəkənin qərarı ilə razılaşmadıqda apelyasiyaya müraciət edə və müstəqilliyini təsdiq edən əlavə sənədlər təqdim edə bilər.

Qeyd edək ki, Feysbuk yay aylarında ABŞ-da dövlət nəzarəti altında olan KİV-in reklamlarını blok etməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.