Maraqlı

AMD-nin rəhbəri ilk dəfə ən çox qazanan qadın baş direktor oldu

9 İyun 2020 22:15
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük şirkətlərə rəhbərlik edən şəxslər bildiyimiz kimi, olduqca çox qazanırlar.

Milli.Az ted.az-a istinadən ötən il ən çox gəlir əldə edən şirkət rəhbərlərinin siyahısını təqdim edir.

Equilar tərəfindən hazırlanan hesabata görə dünyada ən çox qazanan baş direktorlar siyahısına ilk dəfə olaraq bir qadın liderlik edir. Prosessor istehsalçısı AMD-nin rəhbəri Lisa Su 58,5 milyon dollarlıq gəlir ilə hamını qabaqlamağı bacarıb.

Xüsusilə son vaxtlarda təqdim Ryzen seriyalı prosessorlarla ciddi irəliləmə əldə edən şirkət əzəli rəqibi Intel-i də xeyli geridə qoyub.

Siyahıda ikinci pillədə 45,8 milyon dollarlıq gəlirlə Discovery-nin rəhbəri David M. Zaslav qərarlaşıb. Ötən il 45,5 milyon dollar qazanan Walt Disney-in baş direktoru Robert A. Iger isə üçüncüdür.

Siyahının lideri qadın olsa da, ən çox qazanan rəhbərlər arasında qadınların sayı olduqca azdır. Ümumilikdə 329 baş direktorun salındığı siyahıda cəmi 20 qadın yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.