Maraqlı

“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

9 İyun 2020 07:51
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Falcon 9" raketdaşıyıcısı "Starlink" qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, peyklər partiyasından ibarət raket 4 iyun tarixində Kanaveral (Florida ştatı) burnundan orbitə buraxılıb. Daha sonra "SpaceX" yerətrafı orbitdə 60 peykin uğurla yerləşdirilməsini və "Falcon 9" raketdaşıyıcısının Sakit okeanda üzən platformaya geri qayıdışını təsdiq edib.
 
"SpaceX" internetin paylanması üçün orbitə çıxarılmış kosmik aparatlar arasında qara rəngli panellərdən ibarət sınaq peyki buraxıb. Bu sistem günəş şüalarının peykin korpusundan əks edilməsinin qarşısını almalıdır ki, parıltılar elmi müşahidələrə mane olmasın. Belə panellər gələcəkdə "Starlink"in hər bir peykində tətbiq edilə bilər.
 
Beləliklə, orbitdəki peyklərin ümumi sayı 480-ə çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.