Maraqlı

Çində koronavirus davam edir

2 İyun 2020 21:35
Baxış: 930
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandun əyalətində, biri Şensi əyalətində, ikisi isə Sıçuan əyalətində).

Ölkənin tibb müəssisələrində 73 nəfərin müalicəsi davam etdirilir.

Çində ümumilikdə 83 022 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 315 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.