Maraqlı

“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

4 İyun 2020 08:35
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zoom" video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla bilər. Lakin məhz platformanın bu özəlliyi istifadəçilərin kommunikasiyasını təhlükəli edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Zoom" şirkəti ötürülən məlumatların tamamilə şifrlənməsi hesabına video konfransların təhlükəsizliyini yüksəltməyə hazırlaşır. Ancaq böyük ehtimalla yalnız ödənişli tariflərin istifadəçiləri şifrləmədən istifadə edə biləcəklər. Şirkət müxtəlif texnologiya və iqtisadi amilləri nəzərdən keçirir.

"Zoom" video konfranslar platformasının populyarlığı koronavirus pandemiyası ilə tətbiq edilmiş karantin vaxtı kəskin yüksəlib. "Zoom" video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla bilər. Lakin məhz platformanın bu özəlliyi hakerlərə başqalarının video konfranslarına qoşulmaq imkanı yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.