Orjinallığı qorunan otaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salyan şəhəri, Ənağı Hüseynov küçəsində bir əsrdən çox yaşı olan bir ev var. Deyilənə görə, tikilini hələ çar hakimiyyəti dövründə Ağa Rəhim bəy Rəhimbəyov inşa etdirib. Bəy sovet hakimiyyəti qurulanadək ailəsi ilə bu binada yaşayıb.
Milli.Az xəbər verir ki, Ağa Rəhim bəyin qohumu Tahir Mirzəli AZƏRTAC-a bildirib ki, Ağa Rəhim bəy onun babasının əmisi olub. Sovetlər gələndən sonra evi bəyin əlindən alıb kommunal bina ediblər. Maraqlısı da budur ki, elə o vaxtlar tikilinin bir otağında divarlara müxtəlif rəsm əsərləri çəkilib. Cüzi zədələnmələr nəzərə alınmasa, şəkillər və onların rəng çalarları əvvəlki kimi qalıb.
Hazırda həmin evdə yaşayan Esmira Babayeva bir neçə dəfə evi təmir etdirsə də, divarlarına şəkillər çəkilmiş otağa əl vurmağa ustalara icazə verməyib. Həmin otağı tarixi nümunə kimi saxlamağı vacib bilib.
Divardakı şəkillərdə Araz çayı və onun sahilindəki evin üzərindəki Ay və dördulduzlu qırmızı bayraq rəsmi, yəqin ki, öz tədqiqini gözləyir. Sərhədboyu qalalar, Xudafərin körpüsü və digər rəsm əsərləri baxanları heyran edir. Evdəki şəkilləri seyr edən şəhər sakinləri və tədqiqatçılar ən çox dördulduzlu bayrağın qədim dövrlərdə hansı dövlətə mənsub olduğu ilə çox maraqlanırlar. Lakin bu günə kimi bayraq haqqında dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Divarda olan kəfkirli saat şəkili o qədər incə işlənmişdir ki, otağa girdikdə adama elə gəlir ki, o, həqiqətən işləyən saatdır. Diqqət yetirdikdə onun rəsm əsəri olduğunu aydınlaşdıra bilirsən.
Ölkəmizin hər yerində, hər guşəsində belə daşlaşmış tarixi eksponatlarımız həddən artıq çoxdur. Bunlar isə Azərbaycanımızın zəngin tarixi keçmişə malik olmasının danılmaz sübutudur. Belə eksponatları qorumaq və tədqiq etmək olduqca vacibdir.
Ev sahibi bu tarixi nümunələri gələcək nəslə çatdırmaq üçün ömrünün sonuna kimi onları qoruyacağını bildirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





