Maraqlı

Elon Muskdan Tesla Roadster açıqlaması: 3 raket mühərriki olacaq

28 May 2020 19:15
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tesla və SpaceX şirkətlərinin sahibi Elon Musk Tesla Roadster SpaceX paketi haqqında yeni detallar açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, satışa çıxması maraqla gözlənilən Tesla Roadsterin gövdəsində kiçik raket mühərrikləri (Cold gas thruster) yer alacaq.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən mühərriklərin dövlət nömrə nişanının arxasına yerləşdiriləcəyi deyilirdi. Bu barədə danışan şirkət rəhbəri bildirmişdi ki, həmin mühərriklər avtomobili daha sürətli və performanslı hala gətirəcək.

Yenidən eyni mövzuya qayıdan baş direktor vurğulayıb ki, bu mühərriklərdə çox yüksək təzyiqlə sıxılmış havadan istifadə ediləcək.

Birdən çox mühərrik olacağını, ancaq əsas itələyici mühərrikin avtomatik aşağıya enəcək arxa nömrənin altında yerləşdiriləcəyini deyən E.Musk Tesla Roadster-in normal halı ilə də nəfəs kəsəcəyini qeyd edib.

Əlavə məlumat üçün bildirək ki, Tesla Roadster 100 km/s sürət həddinə cəmi 1,9 saniyədə çata bilir. Üç mühərrikə malik elektrokar maksimum 400 km/s sürət yığır. Bundan başqa, model 1000 km mənzilə sahibdir. 200 kWh batareyası olan superkarın qiyməti 250.000 dollar olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.