Maraqlı

“Facebook”da saxta xəbər və təhqirləri siləcək süni intellekt sistemi təqdim edilib

16 May 2020 08:11
0 Şərh     Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süni intellekt "Facebook"da saxta xəbər və təhqirləri siləcək. Bu, 10 mindən 1 milyonadək postu əhatə edə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqatçılar təhqir və saxta xəbərlərin silinməsi üçün "SimSearchNet" neyron şəbəkəsini təqdim ediblər. Bu, eyni təsvir və ya mətnləri axtarıb tapan neyron şəbəkəsidir, buna görə yoxlamaları avtomatlaşdırır. Məsələn, sosial şəbəkənin əməkdaşı postda koronavirus haqqında yalan informasiya olduğunu qeyd edən kimi bu informasiya "SimSearchNet"ə göndərilir - süni intellekt dublikatları və ya oxşar təsvirləri axtarıb tapacaq.

"Facebook"un bloqundakı yazıya əsasən, süni intellekt ilkin sınaqlarda "nifrətə çağıran" yazıların 88,8%-ni aşkar etməyi öyrənib. Beləliklə, sosial şəbəkənin moderatorları təxminən 9,6 milyon postu bir-bir silmək məcburiyyətində olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.