Maraqlı

Pərviz Abdullayev, nəhayət, Dominikanı TƏRK ETDİ - Bu gün Bakıda olacaq - FOTO

14 May 2020 09:57
3 Şərh     Baxış: 5 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor" realiti-şousunu tərk edən həmyerlimiz, "Kobra" ləqəbi ilə tanınan kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayev 3 aydan sonra Dominikandan İstanbula gəlib.

Milli.Az xəbər verir ki, bununla bağlı Pərviz sosial şəbəkə hesabından paylaşımlar edib. Azərbaycanlı idmançı təyyarədən çəkdiyi fotolarını təqibçilərinin ixtiyarına verib. 

Qeyd edək ki, Pərviz bu gün xüsusi çarter reysi ilə İstanbuldan Bakıya yola düşəcək.

Xatırladaq ki, təxminən bir ay əvvəl Pərviz Abdullayev kifayət qədər SMS toplamayıb yarışı tərk etsə də, COVİD-19 epidemiyasına görə ölkələrin sərhədlərinin bağlı olması ilə əlaqədar ailəsinin yanına dönə bilmirdi.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.