Sinqapurda koronavirusla mübarizə məqsədilə robot itdən istifadə olunur.
Milli.Az ted.az-a istinadən bildirir ki, Boston Dynamics şirkətinin istehsal etdiyi Spot adlı it Sinqapur parklarında sosial məsafənin qorunmasına nəzarət edir.
O, parkda gəzərək sosial məsafəni qorumayanlara səsli xəbərdarlıq edir.
Mütəxəssislər itdə quraşdırılan kameranın hansısa görüntü qeydə almadığını, fərdi məlumatları oğurlamadığını bildiriblər.
Layihənin hazırda iki həftəlik test mərhələsində olduğu qeyd edilib.
Milli.Az