Maraqlı

Dünyanın ən böyük fondu tarixdə ilk dəfə aktivindən sata bilər

17 May 2020 22:45
0 Şərh     Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük fondu olan Norveç neft fondu, hökumətin xərclərini qarşılamaq üçün tarixdə ilk dəfə aktivlərindən sata bilər

Milli.Az marja.az-a istinadən bildirir ki, 1 trilyon dollarlıq nəhəng fondu idarə edən Norveç Mərkəzi Bankının sədri Oystein Olsen, mövcud vəziyyəti İkinci Dünya müharibəsindən bu yana ən pis iqtisadi böhran adlandırıb.

Norveç iki cəbhəli böhranla qarşı-qarşıyadır; bir tərəfdən Covid-19 ilə əlaqədar karantin, digər tərəfdən ölkənin əsas gəlir məhsulu olan neftin tarixi ucuzlaşaması ilə mübarizə aparır.

Norveç hökumətinin son proqnozunda bu ilin büdcəsinin karantin səbəbilə 201 milyard kron (20 milyard dollar) azalacağı qeyd edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.