Maraqlı

Koronavirusa qarşı ilk vaksin hazırlandı

12 May 2020 22:01
0 Şərh     Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksin hazırladıqlarını bildiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar.

Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər.

Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.

Vaksinin hazırlanması ilə məşğul olan şirkətin rəhbəri bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.