Maraqlı

Feysbuk istifadəçilərinə mənəvi dəstək üçün yaradılan robot insanları təhqir etdi

9 May 2020 22:10
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk sosial şəbəkəsinin istifadəçilərinə mənəvi dəstək məqsədilə hazırladığı robot, gözlənilmədən insanları təhqir etməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hadisə ilə bağlı şərh verən şirkət nümayəndələri bildiriblər ki, problem məşhur Reddit resursundadır.

Onların sözlərinə görə, çat botun öyrədilməsi üçün Feysbuk mühəndisləri məşhur resurs olan Reddit materialından istifadə ediblər: "Bunun da öz mənfi tərəfləri var. Sınaq zamanı Blender çat botu gözlənilmədən insanları təhqir edə və ya mövcud olmayan, sadəcə onun tərəfindən fikirləşilən ifadələr işlədə bilər".

Feysbuk şirkətinin mütəxəssisləri Blender robotunu Google şirkətinin son versiyada istifadəyə verdiyi çat botla müqayisə ediblər: "Nəticədə təxminən 67% sosial şəbəkə respondenti Feysbuk robotunun Google robotundan daha aydın yazdığını deyiblər. Biz buna yeni texnologiya sayəsində nail olmuşuq. Yeni texnologiya təkmilləşdirilmiş kodlaşdırma texnikası, yeni bacarıq birləşməsi və 9,4 milyard parametrləri olan modeldir. Bu digər nəhəng sistemlərdə olan parametrlərdən 3,6 dəfə çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.