Maraqlı

Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

9 May 2020 19:45
0 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqyas çərçivəsində Yer kürəsindən uzaq olmayan yeni qara dəliyi aşkar edib. Aşkar edilmiş qara dəliyin yerləşdiyi ulduz sistemini hətta Yer kürəsinin bəzi regionlarından adi göz ilə də görmək mümkündür. Bu barədə Cnet.com saytı xəbər verib.

Çilidə yerləşən ESO La Silla rəsədxanasından ikili HR 6819 sistemini müşahidə edən zaman tədqiqatçılar aşkar ediblər ki, sistemin ulduzlarından biri görünməyən obyekt ətrafında fırlanır. İkinci ulduz isə hərəkətsiz şəkildə qalır. Daxili ukduzun orbital davranışı öz növbəsində onun peykinin mövcud olduğunu sübut edib. Söhbət, qara dəlikdən gedir və onun kütləsi təqribi olaraq Günəşin kütləsindən 4 dəfə böyükdür.

Təqdim edilmiş fotoda qara dəliyin orbiti qırmızı rəng ilə, onun peyki isə göy rəng ilə işarə olunub. Göy rəngli uzun quyruğa sahib obyekt sözügedən sistemin ikinci ulduzudur. Astronomların verdikləri məlumata sasən aşkar edilmiş qara dəlik Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığındadır. Kosmik miqyas çərçirvəsində bu çox aşağı göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.