Maraqlı

Pandemiya şəraitində internet trafikin həcmi üç dəfə artıb

9 May 2020 08:25
0 Şərh     Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVID-19" pandemiyası həyatımızı köklü şəkildə dəyişdirdi. Bu dəyişikliklər bütün dünyaya öz təsirini göstərib və eyni zamanda "rəqəmli fərq" daha açıq-aydın görsəndi, çünki indiyədək dünyada 3,6 milyard nəfər internetə çıxışa malik deyil.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu haqda Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) aparıcı ekspertləri koronavirus pandemiyasının nəticələri ilə bağlı jurnalistlər üçün onlayn-brifinqdə bildiriblər.

"Biz uzun müddətdir rəqəmli cəmiyyətdə yaşayırıq, ancaq heç vaxt düşünə bilməzdik ki, bizi evdə oturmağa və bir-birimizlə ünsiyyət qurmaq, iş və biznesin idarə edilməsi üçün rəqəmli texnologiyalardan istifadə etməyə məcbur edəcəklər. Bu, tamamilə yeni bir şeydir" - BTİ-nin baş katibi Houlin Çjao deyib.

"Həmçinin etiraf etməliyik ki, indiki şəraitdə İKT xidmətlərini və şəbəkələrini idarə etmək o qədər də asan məsələ deyil. Heç kim internetdə trafikin həcminin 3 dəfə artacağını təsəvvür edə bilməzdi" - Çjao deyib.

Əvvəllər genişzolaqlı rabitə əsasən şəhər ofislərində istifadə olunurdu, indi isə şəhərətrafı və kənd yerlərində ona böyük tələbat var, çünki indi sakinlər evi tərk etmədən təhsil alır və işləyirlər. Çjaonun sözlərinə görə, bu, böyük problemlər yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.