Maraqlı

BƏƏ-də qurulacaq günəş ferması dünyada ən ucuz elektrik enerjisi istehsal edəcək

9 May 2020 07:31
0 Şərh     Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günəş fermalarında istehsal edilən elektrik enerjisinin dəyəri sürətlə azalmağa davam edir. BƏƏ-də 1 kvt/saat elektrik enerjisini istehlakçılara 1,35 sentə satmağa imkan verəcək günəş generasiyası stansiyasının tikintisinə başlanılır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, BƏƏ-də 2 QVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılır. Əbu-Dabi Əmirliyində qurulacaq mexanizm 160 min ailənin ehtiyacını təmin etmək üçün kifayət qədər enerji istehsal edə biləcək.

Günəşli günlərin bolluğu və səhrada geniş istifadə olunmayan sahələrin mövcudluğu BƏƏ-ni fotoelektrik sektorun inkişafı üçün mükəmməl əraziyə çevirir. Məsələn, Əbu-Dabi artıq lazımi elektrik enerjisinin bir hissəsini 1,2 QVt gücündə olan günəş fermasından əldə edir.

Dünyanın əsas iqtisadiyyatına malik ölkələrdə yaşayan istehlakçılar BƏƏ-də olan enerjinin dəyəri haqqında hələ ki yalnız xəyal edə bilərlər - ABŞ-da 1 kVt/saat elektrik enerjisinin orta qiyməti 12 sent, Çində 8 sent, Yaponiya və Almaniyada isə 30 sent təşkil edir.

BƏƏ-də quraşdırılacaq yeni elektrik stansiyası 2022-ci ilə hazır olmalıdır. Onun istifadəsi karbon qazı tullantılarını 3,6 milyon ton azaltmağa imkan verəcək ki, bu da yollardan 720 min avtomobilin çıxarılmasına ekvivalentdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.