Süni intellekt müxtəlif janrlardan ibarət öz mahnı toplusunu yaratdı. Jukebox adlı yeni süni intellekt OpenAI araşdırma laboratoriyası tərəfindən hazırlanıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, süni intellektin mahnı yazması üçün 1,2 milyon mahnı, Meta data, həmçinin LyricWiki-nin lirikasından istifadə olunub.
Bütün bunların sayəsində neyron şəbəkəsi, hətta öz mətnlərini yaza bilər.
Süni intellektin yaratdığı musiqi insanın yaratdığı musiqidən fərqlənir. Məsələn, süni intellektin musiqisində biz nəqarəti eşidə bilmirik.
Milli.Az