Maraqlı

Windows 10X noutbuklarda da işləyəcək

7 May 2020 20:15
0 Şərh     Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Microsoft şirkəti iki ekranlı cihazlar üçün Windows 10X əməliyyat sistemi üzərində işləyirdi. Şirkət keçən ilin payız aylarında yeni Surface Neo adlı iki ekrana malik noutbukunu, bu noutbuk və bənzərləri ilə daha yaxşı işləyəcək əməliyyat sistemi olaraq isə Windows 10X-i təqdim etmişdi. İstifadəçilər yeni əməliyyat sistemini bəyənmişdilər, lakin sadəcə 2 ekranlı cihazlar üçün istifadə edilməsi təqdir görməmişdi.

Microsoft rəsmi olaraq təsdiqlədi: Windows 10X əməliyyat sistemi tək ekranı olan standart noutbuklarda da işləyəcək.

Microsoft rəsmilərinin təsdiqlərinə görə Windows 10 istifadə edən bütün noutbuklar Windows 10X əməliyyat sistemini dəstəkləyəcək. Lakin əsas sual Windows 10X sisteminin necə qurulacağıdır. Təxminlərə görə 19-20 May tarixlərində keçirilən Microsoft Build tədbirində Windows 10X ilə bağlı bəzi yeni məlumatların paylaşılacağı düşünülür. Microsoft Surface Neo noutbuku isə planlara əsasən 2020-nin sonları satışa çıxacaq. Lakin koronavirus pandemiyasına görə gecikmələrin olma ehtimalı çox yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.