Maraqlı

Playstation 5 interfeysi üçün möhtəşəm bir konsept dizayn hazırlandı

30 Aprel 2020 08:46
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sony şirkəti yeni nəsil Playstation 5 konsolunu təqdim etsə də fiziki olaraq göstərməmişdi. Bu səbəbdən konsolun dizaynının necə olacağı hələki bilinmir. Bunun üzərinə bir çox istifadəçi PS 5 üçün konsept dizaynlar hazırlamışdı. Bu səfər isə bir Reddit platformunun istifadəçisi Playstation 5 konsolunun interfeysi üçün mükəmməl görünən konsept dizayn hazırladı.

Playstation 5 üçün hazırlanan konsept dizayn sadəliyi və minimalist dizaynı hədəfləyir.

Şəkildən göründüyü kimi yeni konsept dizaynda ekranın üst tərəfində sadəcə bildirişlər, dostlar və oyunlar üçün achievement bölməsi yer alır. Həmçinin seçilən oyunun alt hissəsində oyunda keçirilən vaxt, əldə etdiyiniz kuboklar və oyunun neçə faizini bitirdiyiniz göstərilir. PS 4-dən fərqli olaraq bu interfeysdə oyunu seçməklə oyuna giriş etmək olmur. Oyunu seçdiyimiz vaxt oyun haqqındakı digər detalları görürük. Oyuna giriş etmək üçün isə düyməsinə basılı tutmaq lazımdır.     

PS 5 üçün hazırlanan konsept dizayn gördüyünüz kimi bir xeyli zərif görünür. Lakin nəticədə konsept dizayndır. Bu səbəbdən real olmadığını nəzərə alın. Həmçinin dizaynı göstərən 13 saniyəlik kiçik bir video da var, lakin müəllif Youtube-a yerləşdirmədiyi üçün verəcəyimiz linkə daxil olub izləyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.