Maraqlı

“StopCovid” mobil əlavəsinin hazırlanması gecikir

25 Aprel 2020 08:59
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa hökuməti "Apple" şirkətindən koronavirus infeksiyasının (COVID-19) yayılmasının izlənilməsi üçün "StopCovid" mobil əlavəsinin hazırlanmasına mane olan bir sıra texniki məhdudiyyətləri aradan qaldırmağaı xahiş edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Bloomberg" nəşrinin məlumatına görə, proqram mayın 11-dək istifadəyə verilməlidir. Çünki həmin vaxt hökumət martın ortalarında vətəndaşların hərəkətinə tətbiq edilən qadağanı aradan qaldırmaq niyyətindədir. Lakin proqramın hazırlanması zamanı "Bluetooth" mühafizəsi üçün quraşdırılmış funksiyalardan birinə görə yubanmalar baş verib. O, "iPhone" smartfonundan məlumatların ötürülməsi zamanı rabitə protokolunun daimi işini fon rejimində dayandırır.

Fransa hökumətinin "StopCovid" mobil əlavəsi indiyədək sirr olaraq saxlanılıb, ictimaiyyət ətraflı məlumatlandırılmayıb. Hazırda əlavənin yüklənilmə və quraşdırılmasının könüllülük əsasında həyata keçiriləcəyi məlumdur.

Fransanın rəqəmli məsələlər üzrə dövlət katibi Sedrik Onun sözlərinə görə, hökumət "Apple" şirkəti ilə danışıqlar aparsa da, indiyədək irəliləyişə nail olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.