Maraqlı

2020-ci ildə İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq

25 Aprel 2020 08:31
0 Şərh     Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IDC" tədqiqat şirkətinin proqnozuna görə, "COVID-19" pandemiyasının yaratdığı iqtisadi böhranın nəticələri 2020-ci ildə qlobal İT xərclərinin həcminin 2,7% azalmasına səbəb olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ekspertlərin fikrincə, İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq. Məsələn, həcmi 400 milyard dollar məbləğində qiymətləndirilən istehsal sektorunda 3%-lik azalma gözlənilir.

Bundan əlavə, turizm, otel biznesi, nəqliyyat, fərdi və istehlak xidmətləri kimi sahələrdə informasiya texnologiyalarına xərclərin həcmi ən azı 5% azalacaq.

Səhiyyə və telekommunikasiya sahələrində İT xərcləri artacaq, çünki pandemiya dövründə onlar yeni tələbat mərhələsinə çıxıblar. 2020-ci ildə peşəkar xidmətlər kateqoriyasında İT xərcləri 1,7% artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.