Maraqlı

Saç ölçüsündə batareya təqdim edilib

23 Aprel 2020 08:51
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saç ölçüsündə batareya "ağıllı" saatı 2 il müddətində enerji ilə təchiz edə bilər. Tədqiqatçılar onu ürək döyüntülərinin tezliyini ölçən tibbi qurğulara tətbiq etməyi planlaşdırırlar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Avstraliyanın Monaşa Universitetinin tədqiqatçılar komandası tərəfindən təqdim edilmiş olduqca yüngül olan elastik günəş elementi 2 il müddətində "ağıllı" saatı enerji ilə təchiz edə bilər.

Universitetin materialşünaslıq və mühəndislik bölməsinin aparıcı elmi işçisi doktor Vençao Xuanqın sözlərinə görə, bu, yüngül və elastik günəş elementidir. İstənilən qurğuda tətbiq edilə bilər, amma ən yaxşı "ağıllı" saatda işləyir.

Sınaqlar vaxtı tədqiqatçılar müşahidə ediblər ki, 4700 saatlıq işləmə müddətindən sonra qurğunun şarjı 4,8% azalır. Yenilik 20 min saat ərzində qurğunu enerji ilə təchiz edə bilər. Bu isə o deməkdir ki, "ağıllı" saat ona quraşdırılacaq yeni batareyadan sonra 2 il müddətində fasiləsiz işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory