Maraqlı

ABŞ-da rekord səmərəlilik göstəricisinə malik günəş batareyası hazırlanıb

23 Aprel 2020 07:41
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Bərpa olunan enerji üzrə milli laboratoriyasında rekord səmərəlilik göstəricisinə malik günəş batareyası hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, amerikalı tədqiqatçılar bildiriblər ki, yeni günəş batareyası işığı 47,1% faydalı iş əmsalı ilə elektrik enerjisinə çevirə bilər. Dəyişən işıqlandırma vaxtı səmərəlilik göstəricisi 39,2% təşkil edib.

Tədqiqatçılar yeni lövhə konstruksiyasının hesabına belə effektə nail ola biliblər. Fotoelement - bu, hər biri ayrı-ayrı materialdan hazırlanmış 6 qatdan ibarətdir. Materialların müxtəlifliyi elektrik enerjisinin hasili üçün müxtəlif enerjiyə malik fotonlardan istifadəyə imkan verir.

Yenilik enerji sektoru və kosmik sənaye üçün mühüm əhəmiyyətə malikdir. Hazırda kosmik aparatlarda faydalı iş əmsalı təxminən 20% olan silisium fotoelementlərdən istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.