Maraqlı

Koronavirus qitələr üzrə belə yayılıb

9 Aprel 2020 21:35
0 Şərh     Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya elan edilən koronavirus ən çox Avropa qitəsində yayılıb.

"Köhnə dünya"da 747 042 nəfər virusa yoluxub. Ölənlərin sayı 61 313 nəfər təşkil edir.
İkinci sırada olan Şimali Amerikada 464 888 nəfər koronavirusa yoluxub, 15 678 nəfər ölüb.

Koronavirusa yoluxanların sayına görə, qitələr arasında üçüncü yeri Asiya tutur. Bu qitədə 253 659 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 9 539 nəfərdir.

Cənubi Amerika 35 528 yoluxma, 1 399 ölü sayı ilə siyahının dördüncüsüdür.

Afrikada isə 11 986 yoluxma, 576 ölü sayı qeyd edilir.

Okeaniya ərazisində yoluxma sayı 7 429, ölənlər 52 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.