Maraqlı

Ödəmə aparatları virus yoluxdura bilər – Həkim

11 Aprel 2020 21:50
0 Şərh     Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onlayn ödəmə aparatlarından istifadə edərkən diqqətli olmaq məsləhətdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikri infeksionist Sədrəddin Atakişiyev səsləndirib. Onun sözlərinə görə, onlayn ödəmə terminallarından istifadə edən zaman ya əlcək taxılmalı, ya da əllər spirtlənməlidir.

İnfeksionist hesab edir ki, virus daşıyıcı olan şəxs həmin xidmətdən istifadə edibsə, başqasına yoluxdura bilər:

"Çünki koronavirusa yoluxmuş şəxslərdən daha təhlükəli olan bu virusun daşıyıcılarıdır. Onlarda xəstəliyin əlamətləri olmasa da, asanlıqla başqasına yoluxdura bilirlər".

S.Ataşkiyev tövsiyə edib ki, ödəniş edən zaman spirt və ya əlcək yoxdursa, o halda salfetdən istifadə edilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.