Maraqlı

Ən məhsuldar “Android” smartfonları məlum olub

9 Aprel 2020 08:21
0 Şərh     Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mobil telefonların məhsuldarlığını qiymətləndirən "AnTuTu" şirkəti ən güclü smartfonların aylıq siyahısını dərc edib. Mart ayı üzrə reytinqə Çin istehsalçılarının qabaqcıl "Snapdragon 865" prosessoru ilə təchiz edilmiş qurğuları daxil edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ümumiyyətlə, sözügedən reytinqə ən azı min dəfə sınaqdan keçirilmiş qurğular daxil edilir. 600 min bal toplamış "OPPO Find X2 Pro" aparatı reytinqdə birinci yeri tutub. Smartfon 12 QB LPDDR5 tipli əməli yaddaş və 256 QB UFS 3.0 tipli fləş yaddaşla təchiz edilib.

İkinci yerdə 12 QB LPDDR5 tipli əməli yaddaş və 512 QB-lıq daşıyıcı ilə təchiz edilmiş "Xiaomi Mi10 Pro" smartfonu qərarlaşıb. 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşa malik "OPPO Find X2" ilk üçlükdə yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.