Maraqlı

Dünya muzeylərinə səyahət et

7 Aprel 2020 22:01
1 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunması, insanları evdə qalaraq, müxtəlif məşğuliyyətlər tapmağa sövq edir.

Milli.Az ted.az-a istinadən bu vaxtı səmərəli istifadə etməyiniz üçün "Evdə qal" rubrikası çərçivəsində onlayn səyahət edə biləcəyiniz muzeyləri təqdim edir:

-Musei Vaticani

Bu link vasitəsilə Romada yerləşən Vatikan muzeyini onlayn ziyarət etmək mümkündür. Portala giriş zamanı onlayn səyahət üçün bir neçə kateqoriya açılır. Onlardan birini seçib uyğun tarixi eksponatları izləmək olar.

-Metropolitan Museum

Nyu-Yorkda yerləşən bu muzey incəsənət sevənlərin diqqətini çəkir. Onlayn səyahət zamanı daha çox nəticə görmək üçün portalda qeydiyyatdan keçmək tələb olunur. Səyahət ödənişsizdir. Portaldakı "collections" bölümünə daxil olduqda səyahət üçün müxtəlif rəssamların ev muzeyləri gəlir.

-British Museum

Link vasitəsilə Londonda yerləşən Britaniya muzeyinə səyahət mümkündür. Portalda kolleksiyalar, üzvlər, həmçinin "blog" bölməsində eksponatlarla bağlı məlumatlar yerləşdirilib.

-Louvre https:

Parisdə yerləşən Luvr muzeyini evdə oturaraq səyahət etmək istəyirsinizsə, bu linkə daxil ola bilərsiz. Muzeydə müxtəlif əsrlərə aid eksponatlar və əsərlər nümayiş olunur. Dəfələrlə oğurlanan, Leonardo da Vinçiyə məxsus məşhur "Mona Liza" əsəri də bu muzeydə saxlanılır.

-Prado

Madriddə yerləşən Prado muzeyində müxtəlif dövrlərə aid əlyazmalardan tutmuş, fərqli eksponatlara qədər müşahidə etmək mümkündür. Bunun üçün link vasitəsilə portala daxil olaraq kateqoriyalar bölümündən görmək istədiyiniz eksponat növünü seçməlisiniz. Portala daxil olarkən götürülən istənilən məlumat üçün müəllif hüquqlarını qorumaqla bağlı bildiriş gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.