Maraqlı

Hansı hava koronavirusa mənfi təsir edir?

4 Aprel 2020 21:45
0 Şərh     Baxış: 3 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın koronavirusa təsiri növbəti dəfə araşdırılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın məşhur Yel Universitetinin alimləri bununla bağlı gəmiricilər üzərində tədqiqat aparıblar. Məlum olub ki, rütubətli hava koronavirusa mənfi təsir edir. Nisbi hava rütubəti 40-60 faiz arasında olduqda SARS-CoV-2 virusunun xəstədən sağlam adama keçməsi halları azalır. Məlum olub ki, gəmiricilər virus hissəciklərini daha çox aşağı rütubət şəraitində sağlam qonşularına ötürürlər.

Alimlər qeyd edirlər ki, quru hava otaqda virusun hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdırır, həmçinin tənəffüs yollarının virus hissəciklərini kənarlaşdırmaq imkanını azaldır. Bundan əlavə, immunitet sisteminin patogenlərə reaksiya qabiliyyəti daha quru şəraitdə azalır.

Bununla yanaşı, mütəxəssislər göstərir ki, tropik iqlim şəraiti, yəni həddən artıq rütubət virusun yayılması üçün əlverişli mühit  yaradır, çünki virus hissəciklərinin səthlərə tez çökməsinə imkan verir.

Tədqiqatçılar otaqlarda hava nəmləndiricilərindən istifadə etməyi və 50 faizlik nəmlik saxlamağı məsləhət görürlər.
Eyni zamanda, alimllər bildirir ki, bu ehtiyat tədbiri virusun hava yolu ilə ötürülmə risklərini azaltmağa kömək edir, lakin damcı yolu ilə keçməyə əngəl törətmədiyi üçün əlləri yumaq və səthləri dezinfeksiya etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.