Maraqlı

Cənubi Koreyanın koronavirusa texnoloji zərbəsi - Koreyalıları hansı tətbiq qurtardı?

5 Aprel 2020 21:55
0 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya bu yaxınlara qədər COVID-19-un dünyada ikinci böyük mənbəyi olaraq mediyanın ilk səhifələrində yer alırdı. Dünənə kimi Çindən sonra ikinci sayılan bu ölkə indi yaxşı nəticələri ilə fərqlənir. Sağalmış insanların sayı yarıdan çox oldu, ölüm halları isə yoluxanların 2%-dən azını təşkil edir.

Koreyalılar koronavirusa tamamilə qalib gəlməsələr də, işıq sürətilə qələbəyə doğru gedirlər. Cənubi Koreya, bir çox dövlətin qorxd

Üstəlik, ölkə epidemiya üçün çox "əlverişli" bir yerdir: əhali çoxluğu, şəhərlərdəki izdiham, inkişaf etmiş nəqliyyat infrastrukturu...

Bu məsələdə əsas rolu oynayan bu xalqın təcrübəsi və nəticə çıxarmaq bacarığı oldu.

İlk dəfə deyil ki, koreyalılar öz çalışqanlığı və disiplinliyi ilə xəstəliyə qalib gəlirlər.

Cənubi Koreya, hələ 2015-ci ildə MERS epidemiyasının (Yaxın Şərq respirator sindromu) yayılması zamanı təmasları aktiv şəkildə izləmək üçün sistem hazırladı. Səhiyyə işçiləri nəzarət kamerasının qeydlərindən, kredit kartı vasitəsilə keçirilən əməliyyatlarından, avtomobillərin GPS məlumatlarından və mobil telefonlardakı koordinatlardan istifadə edərək xəstənin hərəkətlərini izləyirdilər.

"Polislər kimi epidemioloji araşdırmalar apardıq", - deyə hazırda Çin hökümətini koronavirusla mübarizə mövzusunda konsultasiya edən epidemioloq Ki Mo Ran 2015-ci ildə baş verən hadisələr barədə danışırdı.

"Qanunlara yenidən baxdıq və ictimai təhlükəsizliyin məxfilikdən üstün olduğunu müəyyən etdik", - epidemioloq vurğulayırdı.

Koreyalılar hökumətin vətəndaşların şəxsi həyatlarına "qarışmağı" zəruri bir kompromis olaraq qəbul etdilər.

Karantin içində olmağı əmr edilən vətəndaşlar telefonlarında təcrid rejiminin pozduğunu bildirən xüsusi tətbiq quraşdırmalı idilər. Karantin pozuntusuna görə cərimənin məbləği 2500 ABŞ dollarına çata bilirdi. İnfeksiya aşkar edildiyi təqdirdə bildirişlər telefonlara göndərilirdi. Ölkənin xüsusi iternet saytlarında və tətbiqlərdə, yoluxmuş insanların hərəkəti barədə hər saat və ya hər dəqiqədə xırda məlumatları belə əldə etmək mümkün idi - hansı avtobuslardan istifadə etdikləri, haçan və harada endikləri, hətta qoruyucu maskaların taxılıb-taxılmaması barədə məlumatlar həmin resurslarda yerləşdirilirdi.

Bu çətin vaxtda koreyalıların bizim Google-mız qədər populyar olan Baidu axtarış çubuğunun Xəritə bölməsi vacib rol oynadı. Həmin bölmədə virusa yoluxmuş insanların olduğu yer xüsusi işarə ilə göstərilirdi. Bu da vətəndaşların təhlükəsizliyini tam təmin etmiş olmasa da, ən azından məlumatlandıra bilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.