Maraqlı

Bu dron koronavirusa yoluxan insanları havadan müəyyən edəcək

5 Aprel 2020 20:50
0 Şərh     Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mühəndislər Covid-19 simptomları olan insanları müəyyən edəcək pilotsuz aparat üzərində işləyirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, avstraliyalı mütəxəssislər kütlənin içində Covid-19 simptomları olan insanları effektiv şəkildə müəyyənləşdirə biləcək pilotsuz uçuş avadanlığı hazırladıqlarını elan ediblər.

Məsələ burasındadır ki, kütləvi yoxlamalar vaxt və çox sayda tibb heyəti tələb edir. Buna görə də həmin problemin həlli texnologiyaya bağlı olmalıdır.

Cənubi Avstraliya Universiteti və Kanadanın "Draganfly" şirkətinin mühəndisləri  koronavirusun potensial daşıyıcılarının axtarışını daha mərkəzləşdirilmiş şəkildə aparmağa, məsələyə yüksək texnoloji tərəfdən yanaşmağa qərar veriblər və nəticədə xüsusi sensorlar, həmçinin kompüter görmə sistemi ilə təchiz olunmuş dronların üzərində işləyirlər.

Mütəxəssislərin fikrincə, operatorun nəzarəti altında yarı-muxtar rejimdə işləyən "pandemik dron", izdiham içərisində 10 m-ə qədər məsafədən virusun atəş, öskürək, hapşırma, təngnəfəslik və sürətlənmiş ürək döyüntüsü kimi tipik simptomlara malik insanları müəyyən edəcək.

Güman edilir ki, "pandemik dronlar" həm küçələrdə, geniş ofislərdə, hava limanlarında, qocalar evlərində, kruiz laynerlərində və digər izdihamlı yerlərdə simptomatik kütləvi müayinənin aparılmasını xeyli asanlaşdıracaq.

"Bizim təklif etdiyimiz texnologiya yoluxmuş insanların hamısını tamamilə aşkarlaya bilməz, ancaq Covid-19-a tutulanların müəyyən ictimai məkanda və ya bir qrup insanda olub-olmadığını kifayət qədər etibarlı şəkildə dəqiqləşdirə bilər", - deyə layihənin müəllifi Yavan Çalem vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.