Maraqlı

“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

2 Aprel 2020 07:11
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik "Mi 10 Lite" adlı ən ucuz smartfon nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əsasını quraşdırılmış "5G" modullu "Snapdragon 765G" prosessorunun təşkil etdiyi yeni qurğu "LiquidCool" maye soyutma sistemi vasitəsilə soyudulacaq.

"Mi 10 Lite" smartfonu damcıvarı formalı 16 meqapikselli kameranın quraşdırıldığı 6,57 düym diaqonallı "AMOLED" ekran, 4160 milliamper/saat tutumlu akkumulyator, 20 vatlıq güclü simli enerjidoldurma və dörd kamera ilə təchiz edilib. Hansı obyektivlərin tətbiq edilməsi barədə məlumat verilməsə də, əsas kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edəcək.

Bildirilir ki, qalınlığı 7,98 mm, çəkisi 192 qrama bərabər "Mi 10 Lite" smartfonu alıcılara ağ, boz və yaşıl rənglərdə təklif olunacaq.

Mayın əvvəlində satışa çıxarılacaq yeni qurğunun Avropada 64 giqabaytlıq quraşdırılmış yaddaşlı modelinin qiyməti 350 avro, 128 giqabaytlının isə 400 avro təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, bir həftə əvvəl eyni çipə malik "Nokia 8.3 5G" modelinin başlanğıc qiyməti 600 avro təşkil edir. Daha mütərəqqi prosessorla təchiz edilən "5G" dəstəkli qabaqcıl "Samsung", "Huawei" və "LG" modellərin qiyməti daha bahadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.