Maraqlı

Korona nə qədər davam edəcək? – Harvard İnstitutu

28 Mart 2020 22:01
1 Şərh     Baxış: 4 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Harvard Qlobal Səhiyyə İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, CNN-ə açıqlamasında alim bu virusun 2-6 həftəyə ötüb keçən virus olmadığını bildirib.

"Bu, 2, 4 və ya 6 həftəyə ötüb keçən virus deyil. Bəxtimiz gətirsə, bu virusla 12-18 ay bu və ya digər formada yaşamağa məcbur olacağıq", - o deyib.

Ca bildirib ki, koronavirusa qalib gəlməyin yeganə yolu effektiv vaksinin tapılmasıdır.

Qeyd edək ki, analoji proqnozla Almaniya alimləri də çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.