Maraqlı

Bu avtomobil şirkətləri istehsalı dayandırdı - Qiymətlər bahalaşacaq?

24 Mart 2020 23:15
0 Şərh     Baxış: 4 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla mübarizənin gedişatını izləyən əksər insanlar texnologiya, xüsusilə də maşın bazarında qiymətlərin artacağını bildirir, bunu müxtəlif şirkətlərin  istehsalı dayandıracaqları ilə əlaqələndirirlər. Artıq əksər avtomobil istehsalçıları bu istiqamətdə addımlar atıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, United Automobile Workers koronavirusla mübarizə üçün maşın istehsalçılarından qabaqlayıcı tədbirlər görməsini istəyib, onlardan 2 həftə istehsalı dayandırmağı tələb edib.

Nəticədə Amerikanın iki böyük avtomobil istehsalçısı General Motors və Ford Şimali Amerikadakı müəssisələrini 30 marta qədər bağlayacaqlarını bildiriblər.

Yaponiyanın avtomobil şirkəti Honda da Hindistan, Kanada, Meksika və digər ölkələrdə istehsala müvəqqəti fasilə verildiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.