Maraqlı

Bill Qeyts koronavirus üçün tarix açıqladı

24 Mart 2020 22:15
0 Şərh     Baxış: 8 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Microsoftun keçmiş rəhbəri Bill Qeyts koronavirusdan müalicə ilə bağlı tarix açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirusla mübarizə üçün 100 milyon dollar bağışlayan Bill Qeyts onlayn sual-cavab tədbirində iştirak edib. Suallardan birinə cavab olaraq bildirib ki, bir ölkə çox uğurlu test tərtib edib virusla mübarizə aparsa və 6-10 həftəlik karantin elan etsə, yoluxanların sayı azalacaq.

Qeyts eyni zamanda bildirib ki, qarşıdakı 18 ay ərzində hər şey yolunda gedərsə, virusa qarşı effektiv, rəsmi təsdiqlənmiş peyvənd tapılacaq. O qeyd edib ki, bunun üçün effektivliyindən əmin olmadığımız yüzlərlə fərqli peyvəndin aşkarlanaraq sınanması mütləqdir.

Xatırladaq ki, ötən il insanlıq tarixinin ən böyük təhlükəsini soruşanlara  Bill Qeyts pandemiya  cavabını vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory