Maraqlı

Avropada serialların yayım keyfiyyəti aşağı salınıb – SƏBƏB

24 Mart 2020 08:46
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məsafədən iş rejiminə keçmiş Avropa ölkələrində yayımlanan serialların keyfiyyəti aşağı salınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb kütləvi yüklənmə yaşanmasıdır.

Məlumatda vurğulanıb ki, serialların aşağı keyfiyyət formatında yayımı 30 gün müddətinə davam edəcək.

Qeyd edək ki, bundan bir müddət əvvəl Avropa Birliyi koronavirus pandemiyasına görə, evdən işləyən, eləcə də karantin rejimi səbəbindən evdə oturan şəxsləri nəzərə alaraq internet platformalarında yayımlanan serialların keyfiyyətini aşağı salmağı təklif etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.