Maraqlı

NASA-da vakansiya – Maaş 162 min dollar

14 Mart 2020 22:35
2 Şərh     Baxış: 1 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA-da Ay və Marsa səyahət üçün astronavt axtarılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, NASA-nın rəsmi vakansiya elanında işə qəbul ediləcək astronavtların illik məvaciblərinin 105 -162 min dollar arsında dəyişəcəyi yazılıb. Şirkət rəsmiləri Ay və Marsa səyahətin yaxın 15 il ərzində keçirləcəyini bildiriblər.  İşə qəbul üçün müraciət tarixi isə martın 2-dən 31-dək davam edəcək. İşə qəbul edilənlərin Ay və Marsdakı əməliyyatlarda iştirak edəcəkləri bildirilib.

NASA astronavtları işə qəbul edərkərkən 16 sualdan ibarət test vasitəsilə imtahan edəcək. Testlər fizika, NASA barəsində ümumi bilgi, psixologiya ilə bağlı olacaq.

Xatırladaq ki, sonuncu dəfə 2015-ci ildə astronavt təhsili üçün elan verən NASA qeydiyyatdan keçən 18 300 şəxsdən 12-ni qəbul etsə də, onlardan cəmi 11-i bu il məzun ola bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.