Maraqlı

Qazaxıstanda pedofil əməliyyatla xədim olundu – ÖLKƏ TARİXİNDƏ İLK

10 Mart 2020 21:05
7 Şərh     Baxış: 2 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan hakimiyyəti ölkə tarixində ilk dəfə olaraq pedofili kimyəvi üsulla xədim edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qərarın icrası pedofiliyanın qarşısını almaq üçün bu cəza metoduna imkan verən yeni qanunun qəbulundan bir neçə ay sonra baş verib.
Səlahiyyətlilər açıqlama verib ki, Türküstan bölgəsindən olan, adı açıqlanmayan şəxsə Səhiyyə Nazirliyinin nümayəndələrinin nəzarəti altında iynə vurulub.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin fərmanı ilə uşaqlara təcavüz edənlərlə bağlı 2000 inyeksiya üçün 25 min dollardan çox vəsait ayrılmışdı.

Qanun qəbul edilərkən senator Bırqanım Aitimova bildirmişdi ki, xədimetmə "müvəqqəti" və "birdəfəlik" olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.