Maraqlı

Feysbuk 300 milyon dollar cərimə oluna bilər

12 Mart 2020 23:45
0 Şərh     Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk şirkəti istifadəçilərin fərdi məlumatlarını zəif qorunmasına görə, 300 milyon dollar cərimə oluna bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Avstraliyanın İnformasiyanın Qorunması Komissiyası planetin ən nəhəng sosial şəbəkəsi Feysbuka qarşı iddia qaldırıb.

İddiaya görə Mark Zükerberqin şirkəti istifadəçilərin fərdi informasiyalarını olduqca zəif şəkildə qoruyur: "Feysbukun Avstraliyadan olan istifadəçilərinin fərdi məlumatları qəsdi şəkildə This is Your Digital Life ötürülüb. Bu ölkənin məxfi və fərdi məlumatların qorunması haqqında milli qanunu pozur. 311 127 avstraliyalı istifadəçinin fərdi məlumatları izlənilib. Bu izləmədən əldə edilən məlumatlar siyasi reklam məqsədləri üçün də istifadə olundu".

Əldə olunan məlumata əsasən, Feysbuk hər bir istifadəçinin satılmış məlumatına görə 1,1 milyon dollar cərimə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.