Maraqlı

Jestlərin dilini danışığa çevirən “ağıllı” əlcək hazırlanıb

12 Mart 2020 07:01
0 Şərh     Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada eşitmə və danışma qüsurlu insanlar üçün 300-dək jest dili mövcuddur ki, bu da jestlərin dilini bilməyənlərlə ünsiyyət qurarkən çətinliklər yaradır. "Dil baryerini" aradan qaldırmaq üçün keniyalı 25 yaşlı ixtiraçı həmsöhbətin jestlərini adi danışıq dilinə çevirən qurğu hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Oksford Universitetinin müəllimi və tədqiqatçı Roy Allela jestlərin dilini danışığa çevirən "Sign-IO" adlı "ağıllı" əlcək təqdim edib. Hər bir barmağa qurulmuş datçiklərlə təchiz edilmiş yeni qurğu yalnız hərəkəti deyil, həm də əyrilik dərəcəsini müəyyənləşdirir. Qurğu "Bluetooth" texnologiyası üzrə "Android" proqramla sinxronlaşdırılır. Tərcümə real vaxt rejimində həyata keçirilir.

İxtiraçının məlumatına görə, hazırda proqram bütün mövcud "danışıq" jestlərinin 93%-ni tanıyır. Bundan başqa, "ağıllı" əlcəklər istənilən dizaynda istehsal edilə bilər. Gözləntilərə görə, 2024-cü ilədək sözügedən cihazın satışından əldə olunan gəlir təxminən 30 milyard dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.