Maraqlı

Latviya rəhbər qadınların sayına görə Aİ-də birinci yerdədir

10 Mart 2020 08:28
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya kişilərə nisbətən qadın rəhbərlərin daha çox olduğu yeganə Avropa İttifaqı (Aİ) ölkəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Statistika İdarəsi "Eurostat" məlumat yayıb.

Agentliyin məlumatın əsasən, avropa ölkələrində rəhbərlərin yalnız 37 faizini qadınlar təşkil etdiyi halda, Latviyada bu göstərici 53 faizinə bərabərdir.

Bildirilir ki, reytinqdə Latviyanı Bolqarıstan (49 faiz), Polşa (48 faiz), Estoniya (465), Sloveniya (44 faiz), Litva, Macarıstan və İsveç (42 faiz), İrlandiya (41 faiz) və Portuqaliya (40 faiz) izləyir.
Latviyada top-menecer rəhbərlərin arasında qadınların sayı 29 faiz təşkil edir. Bu göstərici üzrə o, Rumıniya (34 faiz), Estoniya (33 faiz) və Litvadan (30 faiz) geri qalır.

Ən az qadın top-menecer Lüksemburq (6 faiz), Avstriya (8 faiz) və Çexiyadadır (11 faiz).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.