Maraqlı

ABŞ-da dünyanın ən güclü superkompüteri yaradılıb

10 Mart 2020 07:21
0 Şərh     Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da "El Capitan" adlı dünyanın ən güclü superkompüteri hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "El Capitan" Lourens adına Livermor Milli Laboratoriyası və "Hewlett Packard Enterprise" şirkəti tərəfindən ABŞ Energetika Nazirliyi üçün hazırlanıb. O, "Zen 4" nüvəsinə malik "Genoa" kod adlı növbəti nəsil "AMD EPYC" prosessoru və yeni "Radeon Instinct" qrafik prosessoru ilə təchiz edilib. "El Capitan" dünyanın hazırkı 200 superkompüterindən 10 dəfə güclüdür.

Məlumata görə, superkompüter ABŞ-ın təhlükəsizliyini qorumaq, xərçəng dərmanlarının axtarışı və xərçəng xəstəliyi hallarının 30 faizi ilə bağlı "RAS" zülallarında mutasiyaların tədqiqi üçün istifadə ediləcək.

2023-cü ilin əvvəlində buraxılacaq "El Capitan" superkompüterinin qiyməti 600 milyon dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.