Maraqlı

Volvo Trucks dörd yük avtomobilindən ibarət qüllə qurub - VİDEO

10 Mart 2020 23:58
0 Şərh     Baxış: 2 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Traktorlar və tikinti texnikası xalq arasında maraq doğuran, duygusal və populyar maşınlar deyil. Lakin, Volvo şirkətinin yük avtomobilləri istehsal edən bölməsi təkcə mütəxəssislərin və nəqliyyat şirkətlərinin deyil, həm də bu avtomobillərdən anlamayan adi insanların diqqətini necə cəlb edəcəyini dəqiq bilir. Son bir neçə ildir ki, isveçlilər sonsuza qədər seyr ediləcək maraqlı təqdimat videoları çəkməyə müvəffəq olublar. İstədiyimiz tezliklərdə çıxmasalar da, bu videoları hər zaman gözləməyə dəyər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Volvo Trucks çarxları onları seyr edən insanları həyəcanda saxlamağı bacarırlar: əlbəttə ki, bu əsasən canlı çəkilişlərin nəticəsidir - başa düşürsən ki, ekrandakı görüntü kompüter qrafikasının deyil, real insanların çoxtonlu yük maşınları ilə dəlicəsinə tryukları həyata keçirməsidir. Buna gördə, insanlar baş verənləri bir qədər fərqli hiss etməyə başlayırlar.

Volvo Trucks şirkətinin hazırladığı yeni videoçarxda dörd yeni model təqdim edilib. Yeni videoda Volvo yük maşınlarından qurulan və hərəkət edən bir qüllə əks olunub. Əmin ola bilərsiziniz ki, bu kompüter qrafikası deyil!

Dəqiqə yarımlıq videoda yeni yük avtomobilləri bir-birinin üstündə dayanır və ən başında şirkətin prezidenti Roger Alm durur. Dörd avtomobildən ibarət olan qüllə Volvo FMX modelinin üzərində qurulub və onun ümumi çəksi 38 tondur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.