Maraqlı

Apple şirkətinin qatlanan iPhone planlarını göstərən yeni patent

28 Fevral 2020 08:59
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkətinin, qatlana bilən telefonun dizaynını göstərən yeni bir patenti ortaya çıxdı.

Samsung və Huawei kimi smartfon istehsalçılarının öz qatlana bilən telefonlarını tanıtmasından sonra gözlər Apple şirkətinə çevrildi, və Apple şirkətinin sahib olduğu yeni patentin təfərrüatları ortaya çıxdı.

Bildiyiniz kimi Samsung, Galaxy Fold modelini tanıtdıqdan sonra bir çox problemlə qarşılaşdı və bu problemlərdən ən böyüyü, telefonun qatlana bilməsini təmin edən əsas sistemindəki səhvlər idi.

Apple şirkətinin yeni patent baxışları isə, telefonun mükəmməl bir formada qatlanıb açılması üçün yeni texnologiyanı göstərir.

ABŞ Patent və Marka Ofisi tərəfindən verilən və MacRumors tərəfindən ortaya çıxarılan Apple patenti, sistem üçün hərəkətli qanadlar istifadə edən və telefon qatlansa belə elastik panelin sabit dayanmasını təmin edən yeni bir mexanizmi göstərir.

Qatlana bilən smartfon modellərinin artdığı son illərdə, Samsung və Huawei kimi istehsalçılar bir çox problem yaşadı. Bu mövzuda müvəffəqiyyətli olan tək telefon isə Motorolanın telefonu RAZR oldu.

Qatlanan smartfon hazırlamaq istəyən şirkətlər, xüsusilə bu mexanizm üzərində olduqca diqqətli işləmək məcburiyyətindədir. Bu səbəblə Apple, öz qatlanan telefonundakı sistemin problemsiz olduğuna əmin olmadan belə bir cihazı satışa çıxarmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.