Maraqlı

Snapchat-dan yeni artırılmış gerçəklik filterləri

25 Fevral 2020 21:20
1 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Snapchat istifadəsi Instagram-ın "story" xüsusiyyətinin təqdimi ilə sürətlə azalsa da, tətbiq maraqlı addımlar atmağa davam edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Snapchat inanılmaz dərəcədə real görünən yeni artırılmış gerçəklik filterləri ilə istifadəçiləri təəccübləndirməyi bacarıb. Səthi "hiss edə bilən" bu filterlər ilə daha fərqli və maraqlı fotolar, videolar çəkə biləcəksiniz.

Snapchat-ın artırılmış gerçəklik filterləri məkan etiketlərini tanıyır, üzləri, bədənləri "hiss edir" və oyun oynada bilirdi. Ancaq yeni filterlər olduqca real görüntü yaratmaları ilə diqqət çəkir.

Tətbiqə səthin lava, yaxud su ilə örtülmüş görünütüsünü verə bilən effeklər əlavə edilib. Videoçəkiliş zamanı hərəkət edərkən sözügedən effekt yeni obyekləri sürətli şəkildə dəyişə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.