Hadisə

Lerikdə avtomobil dərəyə aşdı - Ölən var

10 Dekabr 2025 09:52
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə axşam saatlarında baş verib.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb.

Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.